Superliqanın lideri braziliyalını transfer etdi - RƏSMİ

26 Yanvar 2020 13:35 Türkiyə 1 396
Superliqanın lideri braziliyalını transfer etdi - RƏSMİ

Türkiyə Superliqasının lideri “Sivasspor” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Sivas təmsilçisi braziliyalı yarımmüdafiəçi Klaudemir Dominges de Suozanı transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 31 yaşlı futbolçu ilə 1,5 illik müqavilə imzalanıb.

“San Karlos”un yetirməsi olan Klaudemir karyerası ərzində “Vitess”, “Kopenhagen”, “Brugge”, “Əl-Əhli” kimi klubların formasını geyinib. Onun sonuncu komandası isə 2018-ci ildən oynadığı “Braqa” olub.

Digər Xəbərlər
Xəbər Lenti
30 Oktyabr 17:50 Çək və bizə göndər!
30 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM