"Everton"dan ayrılan Cenk Tosunun yeni klubu bilindi

10 Yanvar 2020 15:12 Türkiyə 1 058
"Everton"dan ayrılan Cenk Tosunun yeni klubu bilindi

Türkiyə millisi və "Everton"un hücumçusu Cenk Tosunun yeni klubu müəyyənləşib. Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, 28 yaşlı futbolçu İngiltərə Premyer Liqasında qalıb.

"Everton"da oynamaq şansı qazanmayan forvard "Kristal Pelas"a keçib. O, mövsümün sonuna qədər icarə əsasında London təmsilçisinin formasını geyinəcək. Hazırda paytaxt klubunun düşərgəsində olan Tosunun tibbi mayinədən keçdiyi bildirilib. Yaxın saatlarda təcrübəli oyunçu ilə müqavilə imzalanacaq.

Cenk 2018-ci ilin yanvarında "Beşiktaş"dan "Everton"a transfer olunmuşdu. Onun Liverpul təmsilçisi ilə 2022-ci ilin yayına qədər müqaviləsi var.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!