"Məqsədimiz qısa zamanda qapıçı problemini həll etməkdir"

10 Yanvar 2020 01:38 Türkiyə 1 284
"Məqsədimiz qısa zamanda qapıçı problemini həll etməkdir"

"Gənclərbirliyi" İngiltərə millisinin sabiq qapıçısı Co Hartı transfer etmək istəyir.

Sportinfo.az xəbər verir ki, bu barədə klub rəhbəri Murad Cavcav məlumat verib:

"Onunla danışırıq. Etibarlı qapıçı ilə problemi aradan qaldırmaq istəyirik. Əcnəbi adlar üzərində dayanmışıq. Məqsədimiz qısa zamanda qapıçı problemini həll etməkdir. Qapını etibarlı və təcrübəli birinə həvalə etmək istəyirik".

Hart "Mançester Siti", "Birmingem", "Torino" və "Vest Hem" kimi klublarda çıxış edib. 32 yaşlı qolkiper 2018-ci ildə "Börnli"yə keçib. Təcrübəli qapıçı İngiltərə millisində 75 oyun keçirib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"