"Beşiktaş" Cenk Tosun üçün "Everton"a təklif yolladı

9 Yanvar 2020 01:38 Türkiyə 830
"Beşiktaş" Cenk Tosun üçün "Everton"a təklif yolladı

"Everton"da əsas heyətdə möhkəmlənə bilməyən Türkiyə millisinin üzvü Cenk Tosunu göndərməyə hazırlaşır.

Sportinfo.az xəbər verir ki, 28 yaşlı forvardı sabiq klubu "Beşiktaş" icarəyə götürmək istəyir.

İstanbul təmsilçisi keçmiş oyunçusunu mövsümün sonuna qədər pulsuz şəkildə icarəyə götürmək üçün Premyer Liqa klubuna təklif göndərib.

Cenk Tosun Premyer Liqada qalmaq istəsə də, Avropa çempionatı öncəsi daha çox oynamaq üçün fərqli seçim edə bilər. "Everton" Tosunu 22,5 milyon avroya "Beşiktaş"dan transfer etmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR