34 yaşlı hücumçu "bülbül" olacaq?

6 Yanvar 2020 18:35 Türkiyə 1 259
34 yaşlı hücumçu "bülbül" olacaq?

Hücum xəttinə daha bir oyunçu almaq istəyən "Fənərbaxça" "Alanyaspor"un futbolçusu Pappis Sisseni hədəfə alıb.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi 34 yaşlı forvardı transfer etmək üçün təklif yollayıb. "Alanyaspor" təcrübəli simanın keçidi üçün müəyyən qədər pul istəyir.

Tərəflər danışıqları davam etdirir. Seneqallı hücumçu mövsümün ilk yarısında 12 qol vurub. Sisse "Mets", "Frayburq", "Nyukasl" kimi klublarda çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti