"Buna təminat vermirəm"

6 Yanvar 2020 01:58 Türkiyə 963
"Buna təminat vermirəm"

Türkiyə millisinin baş məşqçisi Şenol Güneş Arda Turanı tərifləyib.

Sportinfo.az xəbər verir ki, 67 yaşlı mütəxəssis hazırda "Başakşəhər"də çıxış edən yarımmüdafiəçini ehtiyac olarsa, yenidən yığmaya çağıra biləcəyini deyib:

"Arda, Caner, Gökan - hamısı millidə oynaya bilər. Amma bir var fikir, bir də var onu tətbiq etmək. Mən həmin qrupdan Emre və Burakı yığmaya gətirdim. Gətirmisənsə, oynatmalısan.

Arda düşündüyüm, izlədiyim futbolçudur. Türkiyənin bir nömrəli futbolçusudur. Yaxşı çıxış edərsə, ehtiyacım olarsa, komandaya dəvət edərəm. Amma kimləsə bağlı dəqiq bir qərar yoxdur. Yəni, buna təminat vermirəm".

A.Turan Türkiyə millisindən 2017-ci ildə Fatih Terimin qərarı ilə göndərilmişdi. Məşqçi bu qərarı 32 yaşlı oyunçunun Dünya çempionatının seçmə mərhələsində Makedoniya səfərindən qayıdarkən təyyarədə jurnalist Bilal Meşeye hücum etdiyi üçün vermişdi.

Digər Xəbərlər
Xəbər Lenti