Nigeriyalı "Qalatasaray"da - 650 min avro maaş alacaq

6 Yanvar 2020 00:32 Türkiyə 932
Nigeriyalı "Qalatasaray"da - 650 min avro maaş alacaq

"Qalatasaray" yeni transferini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi "Monako"nun vingeri Henri Onyekurunu icarəyə götürüb.

Nigeriya millisinin üzvü mövsümün sonuna qədər "sarı-qırmızılar"da çıxış edəcək. O, yeni klubunda 70 nömrəli formanı geyinəcək.

"Qalatasaray" bu keçid üçün "knyazlıq klubu"na 750 min avro təzminat ödəyib. Müqavilənin şərtlərində satın alma şərti yer almayıb.

Onyekuru bu müddət ərzində 650 min avro maaş alacaq. Onyekuru ötən mövsüm icarə əsasında "Qalatasaray"da oynayıb. "Monako" yayda nigeriyalını "Everton"dan 13,5 milyon avroya transfer edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR