"Qalatasaray”ın sabiq qapıçısı Kolumbiya klubunda

5 Yanvar 2020 10:00 Türkiyə 1 015
"Qalatasaray”ın sabiq qapıçısı Kolumbiya klubunda

“Qalatasaray”ın sabiq kiperi Robinson Zapata karyerasını Kolumbiyada davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, 41 yaşlı qapıçı “Xaquares de Kordoba”ya keçib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Zapata tibbi müayinədən keçdikdən sonra rəsmi müqavilə imzalayacaq.

2010/11 mövsümündə “Qalatasaray”ın formasını geyinən qapıçı 4 dəfə də Kolumbiya millisinin şərəfini qoruyub. Son olaraq Kolumbiyanın “Santa Fe” klubunda çıxış edən qapıçı, 2019-cu ilin yanvarından işsiz idi.

Digər Xəbərlər
Xəbər Lenti