Uruqvaylı “Qalatasaray”da

2 Yanvar 2020 00:45 Türkiyə 1 258
Uruqvaylı “Qalatasaray”da

“Qalatasaray” heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşdığını xəbər vermişdik. Sportinfo.az xəbər verir ki, “sarı-qırmızı”lar “Leyptsiq”dən Marselo Saraççini transfer etməyə yaxındı.

Artıq Almaniya klubu bu məlumatı təsdiqləyib. “Leyptsiq”in idman direktoru Markus Kröşe yerli mətbuata açıqlamasında bunları söyləyib: “Saraççinin “Qalatasaray”a keçidi tamamlanmaq üzrədi. Sadəcə, sənəd işləri qalıb”.

“Qalatasaray” 22 yaşlı müdafiəçini icarəyə götürəcək. Bu həftə İstanbula gələcək uruqvaylı futbolçu tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq.

Türkiyə mətbuatının iddiasına görə, “Qalatasaray” Saraççi üçün “Leyptsiq”ə heç bir məbləğ ödəməyəcək. Super Liqa təmsilçisi uruqvaylı müdafiəçinin yalnız illik məvacibini verəcək.

2018-ci ilin iyulunda “Leyptsiq”ə keçən Saraççi bu mövsüm Bundesliqada 4 oyuna çıxıb. Uruqvay milli komandasının da üzvü olan müdafiəçinin Almaniya klubu ilə 2023-cü ilin yayına qədər müqaviləsi var.

Digər Xəbərlər
Xəbər Lenti