Türkiyə Super Liqası Azərbaycan şirkətinin əlinə keçdi

30 Dekabr 2019 12:26 Türkiyə 2 084
Türkiyə Super Liqası Azərbaycan şirkətinin əlinə keçdi

“Azərkosmos” ASC Türkiyənin rəqəmsal televiziya yayım platforması olan “Digiturk” və mobil operator “Vodafone” şirkətləri ilə əməkdaşlıq müqavilələri imzalayıb.

Sportinfo.az xəbər verir ki, müqaviləyə əsasən, “Digiturk” şirkəti “Azerspace-1” peykinin tutumlarından istifadə etməklə Türkiyədə keçirilən Super Liqanın oyunlarını yayımlayacaq.

Həmçinin “Vodafone” şirkəti “Azerspace-1” peykinin resursları ilə data xidmətləri təklif edəcək.

2019-cu il ərzində “Türkcell” mobil operatoru və “Azərkosmos” arasında qurulan əməkdaşlıqdan sonra “Digiturk” və “Vodafone” şirkətləri ilə imzalanan müqavilələr region üzrə Azərbaycanın telekommunikasiya peyklərinin effektiv fəaliyyətinin göstəricisidir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!