Millinin üzvü ilə yeni müqavilə bağlandı - 3+1 illik

28 Dekabr 2019 01:48 Türkiyə 1 309
Millinin üzvü ilə yeni müqavilə bağlandı - 3+1 illik

“Fənərbaxça” klubu futbolçusu Ozan Tufanla müqavilə yeniləyib. Sportinfo.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Türkiyə yığmasının üzvü ilə klubu arasındakı yeni müqavilənin müddəti 3+1 illikdir. Amma yeni anlaşma növbəti mövsümdən etibarən qüvvəyə minəcək. Əvvəlki müqavilənin müddəti 2020-ci ilin yayında başa çatacaq.

“Bursaspor”un yetirməsi olan Ozan Tufan, “Fənərbaxça”da 2015-ci ildən çıxış edir. O, bu ilin əvvəlini “Alanyaspor”da icarədə keçirib. Türkiyə millisində 50-yə yaxın oyun keçirən yarımmüdafiəçi 5 qol müəllifi olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR