"Mən çörək yediyim heç bir kluba xəyanət etmərəm, ağlıma gəlməzdi ki…" - VİDEO

29 Fevral 10:20 Türkiyə 771
"Mən çörək yediyim heç bir kluba xəyanət etmərəm, ağlıma gəlməzdi ki…" - VİDEO

“Ankaragücü”nün baş məşqçisi Emre Belözoğlu “Fənərbaxça”ya 3:0 qalib gəldikləri matçdan sonra açıqlamalar verib.

Sportinfo.az xəbər verir ki, o, qarşılaşmanın gedişində azarekşlər tərəfindən təhqir olunmasına da münasibət bildirib:

“Allah mənə 150 il ömür versə belə, bu anları yaşayacağımı düşünməzdim. Məni yaxından tanıyanlar bilir ki, “Fənərbaxça” qəlbimin ən gözəl yerindədir.

Bu gün yaşananlara layiq deyiləm. Küçədə “Fənərbaxça”lıların mənə göstərdiyi sevgini görürəm.

Ağlıma gəlməzdi ki, bu gün belə şeylər yaşanacaq. Mən çörək yediyim heç bir kluba xəyanət etmərəm.

“Fənərbaxça”nın əleyhinə heç nə danışmayacam. Amma bu gün yaşananlar məni üzdü”.

Emre Belözoğlu 2008/2012, 20013/2015 və 2019/2020-ci illərdə “Fənərbaxça”da çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti