"Qalatasaray" İkardini birdıfəlik transfer edə bilməsə, onu alacaq

15 Mart 2023 00:00 Türkiyə 509
"Qalatasaray" İkardini birdıfəlik transfer edə bilməsə, onu alacaq

"Qalatasaray" PSJ-dən icarəyə götürdüyü Mauro İkardini birdəfəlik transfer etmək istəyir.

Sportinfo.az xəbər verir ki, "sarı-qırmızılar" mövsümün sonunda argentinalı forvard üçün Paris təmsilçisi ilə danışıqlar aparacaq.

"Cim bom" İkardini transfer edə bilməsə, onun yerinə La Liqadan hücumçu gətirəcək.

"Qalatasaray"ın hədəfi "Atletiko"nun futbolçusu Alvaro Moratadır. Super Liqanın lideri İspaniya klubunun yollarını ayırmaq istədiyi 30 yaşlı qolçu üçün təklif göndərəcək.

Alvaro Morata cari mövsümdə "Atletiko"nun heyətində meydana çıxdığı 24 rəsmi matçda 9 qol vurub. İspaniya millisinin üzvünün klubla müqaviləsi 2024-cü ilin yayına kimidir.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var
16 Sentyabr 00:40 KADİ: “İnanmıram ki...”