Türkiyə millisi də Tokio-2020-yə lisenziya qazandı

13 Yanvar 2020 09:51 Paris-2024 1 224
Türkiyə millisi də Tokio-2020-yə lisenziya qazandı

2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli voleybolçu qadınlar arasında Avropa Təsnifat Turnirinin qalibi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Niderlandınn Apeldorn şəhərində keçirilmiş yarışın finalında Türkiyə və Almaniya milliləri üz-üzə gəlib.

Görüş "ay-ulduzlular"ın qələbəsi ilə yekunlaşıb - 3:0 (25:17, 25:19, 25:22). Bununla da Türkiyə millisi olimpiadaya lisenziya qazanıb.

Avropa Təsnifat Turnirində Azərbaycan yığması da çıxış edib. Vаsif Tаlıbovun baş məşqçi olduğu kollektiv qrupdakı hər 3 oyunundan məğlub ayrılaraq, mübarizəni dayandırıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”