DÇ-nin altıncı gününün püşkü atıldı - Bakıda üz-üzə gələcək CÜTLÜKLƏR

3 İyun 2023 10:20 Taekvondo 772
DÇ-nin altıncı gününün püşkü atıldı - Bakıda üz-üzə gələcək CÜTLÜKLƏR

Bakıda keçirilən taekvondo üzrə dünya çempionatında altıncı gününün püşkü atılıb.

Sportinfo.az xəbər verir ki, iyunun 3-də Azərbaycan millisinin daha 2 idmançısı mübarizəyə qoşulacaq.

62 kq-da rinqə çıxacaq Fatimə Məcidova mundailda debüt görüşünə 1/16 finaldan başlayacaq. O, ilk döyüşünü Kristina Kaspa (İtaliya) – Kiem Bak Ti (Vyetnam) cütünün qalibinə qarşı keçirəcək.

74 kq çəkidə qüvvəsini sınayacaq Eltac Qafarovun rəqibi 1/32 final qarşılaşmasının nəticəsinə əsasən bəlli olacaq.

Təmsilçimiz 1/16 finalda Vasilliy Peruniçiç (Çernoqoriya) – Çarlill Mersyer (Kanada) cütünün güclüsü ilə münasibətinə aydınlıq gətirəcək.

Dünya çempionatı iyunun 4-də başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Dekabr 18:10 Çək və bizə göndər!
26 Dekabr 08:40 Bu da 7 qol! - VİDEO
26 Dekabr 02:30 Bu siyahıda onlar da var
26 Dekabr 01:10 İsayevin halı necədir?