"Söz vermişəm ki, bu rəhbərliklə yığmaya qayıtmayacam" - VİDEO-AÇIQLAMA

26 Noyabr 2021 17:40 Sportinfo TV 1 880
"Söz vermişəm ki, bu rəhbərliklə yığmaya qayıtmayacam" - VİDEO-AÇIQLAMA

Milli komandamızın keçmiş kapitanı Tərlan Əhmədov Sportinfo.TV-yə verdiyi müsahibədə yığma karyerası haqqında sualları da cavablandırıb.

Veteran futbolçu 2005-ci il sentyabrın 7-nə təsadüf edən yığmadakı son oyunu haqda danışıb. Bakıda Avstriya millisi ilə keçirilən həmin görüş 0:0 yekunlaşıb.

Tərlan Əhmədov həmin qarşılaşmadan ilyarım əvvəl - Karlos Alberto Torresin dövründə İsrailə 0:6 hesablı məğlubiyyətdən (fevral, 2004) sonra milli komanda karyerasını bitirsə də, baş məşqçi Vaqif Sadıqov və federasiya rəhbərliyinin xahişini nəzərə alıb Avstriya ilə oyunda iştirak edib.

Sabiq kapitanın açıqlamasından belə məlum olur ki, həmin vaxt baş məşqçi və federasiya tərəfindən o aldadılıb, sadəcə, çarəsiz vəziyyətdə qaldıqlarından onun köməyindən istifadə ediblər.

Tərlan Əhmədov 1992-2005-ci illərdə milli komandada 75 oyunda forma geyib, 1999-cu ildən yğmanın kapitanı olub.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!