Premyer Liqanı düşünən komandanın kapitanından AÇIQLAMA

21 May 23:40 I Divizion 146
Premyer Liqanı düşünən komandanın kapitanından AÇIQLAMA

Mövsümü çempionluq iddiası ilə başlayan, yarışın qalibi olmağa əsas namizədlərdən sayılan "Səbail" liderliyi heç cür "Şəfa"dan qopara bilmədi.

Son tur ərəfəsində hətta pley-off matçında çıxış etmək şansları sual altına düşüb.

Ötən tur doğma meydanda "Şahdağ Qusar"la qolsuz bərabərlik bitən matçdan sonra turnir cədvəlində qarışıq durum yaranıb.

Bayıl təmsilçisi son matçda minimum 1 xal əldə etməldir.

Rəqib isə "Mingəçevir" komandasıdır.

Bölgə klubunu yalnız qələbə pley-offa daşıyacaq.

Bir sözlə, bizi çox rəqabətli bir matç gözləyir.

Səfər meydanında keçiriləcək oyun öncəsi "Səbail"in kapitanı Sadiq Quliyev Sportinfo.az-a açıqlama verib.

Müdafiəçi şansları dəyərləndirib, başqa maraqlı detallara toxunub:

"Mingəçevir"lə oyun həm bizə, həm də rəqibə çox vacibdir. İkinci yer uğurunda mübarizə gedir.

Rəqibi çox ciddi qəbul edirik. Onların intizamlı və mübariz kollektiv olduqlarını bilirik.

Bizim isə bu oyunda əsas məqsədimiz qələbədir. Öz oyunumuzu göstərib, lazımı nəticəni əldə etmək üçün çalışacağıq.

Düşünürəm ki, gərgin və maraqlı oyun bizi gözləyir. Səfərdə çıxış edəcəyik.

Təbii ki, rəqibin çılğın azarkeşləri onları dəstəkləyəcək. Bu da futbolun bir hissəsidir.

Amma azarkeşlərinin çox olması bütün oyunçuları motivasiya edir. Bizim üçün vacib olan öz oyunumuza fokuslanmaq və nəticə qazanmaqdır".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti