Azərbaycana vaxt verdi

4 İyul 2020 21:00 Şahmat 1 003
Azərbaycana vaxt verdi

FİDE Onlayn Olimpiadada iştirak üçün qeydiyyat müddətini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, ilk dəfə onlayn formatda keçiriləcək Olimpiadada iştirak etmək istəyən milli federasiyalar iyulun 13-dək qeydiyyatdan keçməlidir.

Top, 2-ci, 3-cü, 4-cü və ehtiyac yaranarsa Baza divizionlarında keçiriləcək yarışda təmsil olunmaq üçün Azərbaycan Şahmat Federasiyası da həmin tarixədək müraciət etməlidir. İştirakçıların qitələr üzrə təmsilçiliyi iyulun 16-da, divizionlar üzrə tam siyahı isə ayın 18-də açıqlanacaq.

Qarışıq komandaların hər birində 6 şahmatçı oynayacaq. Onlardan ən azı ikisi qadın olmalıdır. Hər yığmada 2000-ci və ya daha kiçik təvəllüdlü 1 qız və 1 oğlan yer almalıdır. Bundan başqa hər milli 6 ehtiyat şahmatçı və kapitan sifariş edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır