Üç azərbaycanlı futbolçu Avropanın tanınmış klubunda

27 Aprel 2023 01:10 Sabah 1 124
Üç azərbaycanlı futbolçu Avropanın tanınmış klubunda

“Sabah” və “Dinamo” (Zaqreb, Xorvatiya) arasında əməkdaşlıq çərçivəsində Masazır təmsilçisinin akademiyasının 3 futbolçusu Xorvatiyanın Zaqreb şəhərinə yollanıb.

Sportinfo.az xəbər verir ki, aşağı yaş qrupları üzrə komandaların futbolçuları – Həzrət Səmədov, Rauf Əyyubov və İbrahim Xəlilov 2 həftə ərzində “Dinamo” Futbol Akademiyasında təcrübə keçəcəklər.

Hazırda Zaqreb təmsilçisinin aşağı yaş qrupları üzrə komandaları ilə birgə məşqlərdə iştirak edən gənc futbolçuların yoxlama oyunlarında şans qazanması da nəzərdə tutulub.

Əsas məqsəd onların Avropanın ən böyük futbol akademiyalarından biri olan “Dinamo” Futbol Akademiyasında təcrübə keçməklə oradakı mühitlə tanışlığı, həmçinin Zaqreb təmsilçisinin mütəxəssislərinin rəhbərliyi altında məşqlərdə iştirak etməklə yeni təcrübə qazanmalarıdır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti