COP29

Azərbaycan klubu rumına 250-300 min dollar maaş verməyə hazırdır

1 İyul 2023 01:10 Sabah 4 596
Azərbaycan klubu rumına 250-300 min dollar maaş verməyə hazırdır

“Sabah” “Ural”ın yarımmüdafiəçisi Erik Bikfalvini transfer etmək istəyir.

Sportinfo.az xəbər verir ki, Masazır təmsilçisi 35 yaşlı yarımmüdafiəçini Rusiya klubundan azad agent statusu ilə ayrılacağı halda heyətinə qatacaq.

Bu barədə yerli media məlumat yayıb.

Azərbaycan klubunun rumıniyalı vingerə illik 250-300 min dollar maaş verməyə hazır olduğu bildirilir.

"Ural" Erik Bikfalvini 2017-ci ilin yayında "Tom"dan transfer edib.

Ön xətt oyunçusu son mövsümdə Yeqaterinburq təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Onun klubla müqaviləsi 2024-cü ilin yayına kimidir.

"Sabah" "Krasnodar"ın oyunçusu Maqomed-Şapi Süleymanovu da transfer etmək istəyir.

Digər Xəbərlər
Xəbər Lenti