
Mayın 13-də yoldaşlıq oyununda Türkiyənin “Beşiktaş” klubu ilə qarşılaşacaq “Sabah” “instaqram” hesabında yeniliklə diqqət çəkib.
Belə ki, Bakı təmsilçisi sosial şəbəkə hesabında bu matç üçün xüsusi filter hazırlayıb. İzləyicilər bu filtrdən istifadə etdikdə üzlərində “Sabah” və “Beşiktaş”ın loqoları əks olunur.
Oyuna şou dünyası əhli tərəfindən də kifayət qədər maraq var. Məşhur müğənni Röya Ayxan öz “instaqram” səhifəsində “Sabah”ın səhifəsində olan filtrdən istifadə edərək, oyunu stadiondan izləyəcəyini elan edib.
XANOĞLAN / SPORTİNFO.AZ