Bakıda nə qədər pul verib, "Beşiktaş"ı izləyə bilərik? - VİDEO

6 May 2023 09:20 Sabah 604
Bakıda nə qədər pul verib, "Beşiktaş"ı izləyə bilərik? - VİDEO

“Sabah” və “Beşiktaş” arasında baş tutacaq yoldaşlıq oyununa bilet satışları başlayıb.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, biletləri bu gündən “Iticket”in, sabahdan etibarən isə Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından da əldə etmək mümkündür.

Biletlərin qiyməti 5, 10, 15, 20, 50, 70 və 300 manatdır.

“Sabah” – “Beşiktaş” yoldaşlıq oyunu mayın 13-də saat 18:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Matç xeyriyyə xarakteri daşıyır. Oyundan əldə ediləcək bütün gəlir qardaş Türkiyədə zəlzələdən zərər çəkmiş şəxslərə göndəriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"