
“Sabah” və “Beşiktaş” arasında baş tutacaq yoldaşlıq oyunun yayımlayacaq kanalların adı məlum olub.
Sportinfo.az-ın məlumatına görə, qarşılaşma ölkəmizdə iki kanal - "İdman TV" və "İctimai TV" canlı yayımlayacaq.
Türkiyədə isə görüşün canlı olaraq ekranlara gətirilməsi "Kanal D"yə həvalə olunub.
“Sabah” – “Beşiktaş” yoldaşlıq oyunu mayın 13-də saat 18:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Matç xeyriyyə xarakteri daşıyır. Oyundan əldə ediləcək bütün gəlir qardaş Türkiyədə zəlzələdən zərər çəkmiş şəxslərə göndəriləcək.
XANOĞLAN