"Sabah" - "Beşiktaş" oyununun biletləri satışda

5 May 2023 21:10 Sabah 1 506
"Sabah" - "Beşiktaş" oyununun biletləri satışda

“Sabah” və “Beşiktaş” arasında baş tutacaq yoldaşlıq oyununa bilet satışları başlayıb.

Sportinfo.az xəbər verir ki, Aşağıdakı linkə daxil olaraq, onlayn şəkildə bu matça biletinizi ala bilərsiniz: https://iticket.az/events/sport/sabah-fk-besiktas-jk/92391

Biletləri bu gündən “Iticket”in, sabahdan etibarən isə Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından da əldə edə bilərsiniz.

“Sabah” – “Beşiktaş” yoldaşlıq oyunu mayın 13-də saat 18:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Matç xeyriyyə xarakteri daşıyır. Belə ki, oyundan əldə ediləcək bütün gəlir qardaş Türkiyədə zəlzələdən zərər çəkmiş şəxslərə göndəriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 16:10 Çək və bizə göndər!
20 Oktyabr 12:50 "Sportinfo TV”də GÜNDƏM
20 Oktyabr 07:30 Premyer Liqanın “100”ü