"İstənilən komandanı dəyişə, qarşıma hər cür məqsəd qoya bilərəm"

5 May 2023 00:50 Sabah 435
"İstənilən komandanı dəyişə, qarşıma hər cür məqsəd qoya bilərəm"

“İstənilən komandanı dəyişə, qarşıma hər cür məqsəd qoya bilərəm. Çünki onlara nail olacağıma inanıram”.

Sportinfo.az xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Murad Musayev “sport24.ru” saytına müsahibəsində deyib.

40 yaşlı mütəxəssis 2021-ci ildə Rusiya klubu “Krasnodar”dan ayrılmasının və Azərbaycan təmsilçisinin təklifini qəbul etməsinin səbəbini izah edib.

O, bunu yorğunluqla əlaqələndirib:

“Krasnodar”dan ayrıldığım zaman mənə istirahət lazım idi. Çünki gücüm tükənirdi.

Altı ay sonra da Azərbaycana “Krasnodar”da işləməyə başladığım enerji ilə, emosiyalarla gəldim.

Sadəcə, məşqçi kimi təcrübəm indi daha böyükdür. Gücüm və özümə inamım daha çoxdur”.

Murad Musayevin “Sabah”la müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti