"Beşiktaş" məsələsi - "Sabah" istədi, "Suimqayıt" razılaşdı

4 May 2023 09:00 Sabah 1 679
"Beşiktaş" məsələsi - "Sabah" istədi, "Suimqayıt" razılaşdı

Premyer Liqanın XXXIV turunun oyun cədvəlində dəyişiklik edilib.

Sportinfo.az xəbər verir ki, “Sabah” 13 mayda keçiriləcək “Beşiktaş”la xeyriyyə matçı ilə əlaqədar olaraq Peşəkar Futbol Liqasına rəsmi müraciət ünvanlayıb.

“Sabah”ın müraciətini, “Sumqayıt”ın razılıq məktubunu nəzərə alan Peşəkar Futbol Liqasının qərarı ilə XXXIV turun qarşılaşması 14 maydan 17 maya təxirə salınıb.

Matçın başlama saatı ilə bağlı əlavə məlumat veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti