"Yorulmuşuq, istirahət etmək üçün səbrsizlənmişəm"

4 May 2023 23:40 Sabah 491
"Yorulmuşuq, istirahət etmək üçün səbrsizlənmişəm"

«İstirahət etmək üçün səbrsizlənmişəm. Bunu kim istəməz ki (gülür)?».

Bunu Sportinfo.az-a açıqlamasında «Sabah»ın hücumçusu Coy-Lens Mikels deyib.

Premyer Liqanın geridə qalan həftələrində 17 dəfə rəqib qapılarına yol tapan və bu göstəricidə yalnız Musa Qurbanlı ilə Ramil Şeydayevdən geri qalan almaniyalı legioner çempionatın sonunu gözlədiyini etiraf edib:

"Uzun mövsüm keçirmişik, yorulmuşuq. Çempionat başa çatanda hamımız sevinəcəyik.

Ancaq bir şərtlə - mövsümü ikinci pillədə başa vurmalıyıq. İnanıram ki, bu məqsədimizə də çatacağıq".

Digər Xəbərlər
Xəbər Lenti