
Mövsümün sonu "Sabah"ı tərk etməyə hazırlaşan futbolçulardan biri Nicat Mehbalıyevdir.
Buna səbəb onun paytaxt təmsilçisində gününü ehtiyat skamiyada keçirməsidir.
22 yaşlı qolkiper daha çox oynamaq fürsəti qazanacağı komandaya keçməyi düşünür.
Nicatın hazırkı klubu ilə müqaviləsi yayda başa çatır.
Onunla bir neçə Premyer Liqa klubunun yaxından maraqlandığını bildirək.
"Bakı"nın yetirməsi "Sabah"a kimi "Qarabağ", "Sumqayıt" və "Qəbələ"də çıxış edib.
Onun ən parlaq günlərinin ötən mövsüm Qəbələ təmsilçisində olduğunu deyə bilərik.
Nicat "qırmızı qaralar"ın "bir nömrəsi" olmaqla bərabər Azərbaycan milli komandasına kimi yüksəlmişdi.
Lakin "Sabah"da Yusif İmanovla rəqabətdə uduzunca uğurlu çıxışının davamını gətirmək mümkün olmadı.
XANOĞLAN / SPORTİNFO.AZ