"Sabah" komandası Türkiyə nəhəngi "Beşktaş"la bağlı mmaraqlı paylaşım edib.
Paytaxt təmsilçisinin "feysbuk" hesabından edilən çağırış türk dilində yazılıb:
"Türkiye'nin 120 yıllık çınarı, büyük Beşiktaş Jimnastik Kulübü! Depremzedeler yararına oynanacak dostluk maçında sizleri Bakü'de ağırlamaktan gurur ve mutluluk duyarız.
Saygılarımızla,
Sabah FK ailesi".
Çox keçmədən təmsilçimizin kreativ müraciətinə İstanbul klubundan cavab gəlib.
Qardaş ölkə təmsilçisi "Sabah"ın paylaşımına öz rəsmi hesabından Azərbaycan dilində yazdığı təşəkkür postu ilə qarşılıq verib:
"Salam can qardaş,
Dəvətiniz üçün çox təşəkkür edirik. Azərbaycandakı qardaşlarımızla zəlzələdən zərər görmüş insanlara yardım məqsədilə keçiriləcək matç üçün Bakıya gəlməkdən böyük sevinc hissi duyarıq.
Hörmətlə,
Beşiktaş JK".
Yaxın günlərdə "Sabah" və "Beşiktaş" arasında yoxlama görüşünün keçirilməsi planlaşdırılır.

