
"Şamaxı"nın hücumçusu Kamran Quliyev Sportinfo.az-a açıqlama verib.
Gənc oyunçu Premyer Liqanın 32-ci turu çərçivəsində "Sabah"a uduzduqları (0:1) oyunu dəyərləndirib:
"Oyuna istədiyimiz kimi başlaya bilmədik və qapımızda erkən qol gördük. "Sabah"la oyunda erkən qol buraxırsansa, toparlanmaq bir az çətin olur.
Çünki rəqibin heyətində usta futbolçular var. Buna baxmayaraq ikinci hissə öz oyunumuzu göstərməyə başladıq.
Lakin fərqlənə bilmədik. Növbəti oyunlarda daha yaxşısını etməyə çalışacağıq".
XANOĞLAN