Premyer Liqamızda 17 qol vuran alman: “... o, bombardir olacaq”

1 May 2023 21:00 Sabah 1 198
Premyer Liqamızda 17 qol vuran alman: “... o, bombardir olacaq”

Premyer Liqanın bombardirlik adı uğrunda amansız mübarizəyə şahidlik etməkdəyik.

Sevindirici məqam ondan ibarətdir ki, son illərdə ilk dəfə ən sərrast oyunçu adına sahib olmaq üçün iki yerli futbolçu yarışır.

Musa Qurbanlı 20 qolla liderdirsə, Ramil Şeydayev 18 topla “Qarabağ”dakı komanda yoldaşını qarabaqara izləyir.

Siyahıdakı növbəti ad Coy-Lens Mikelsdir. “Sabah”ın qol ümidinə çevrilən almaniyalı vinger 32 turdan sonra aktivinə 17 top yazdırmaqla Musa ilə Ramilin ən yaxın izləyicisidir.

Maraqlıdır, Mikels bombardir adını qazanmaqda maraqlıdır? Ən sərrast futbolçuların yarışında kimi şanslı görür?

29 yaşlı almaniyalı forvard Sportinfo.az-a açıqlamasında məlum mövzuyla bağlı danışıb:

“Bəlkə də son oyunlardır deyə, bu barədə düşünməyə başlamışam. Qol vurmağım təbii ki, yaxşı haldır. Ancaq qarşıma “bombardir olmalıyam” hədəfini qoymamışam.

“Qarabağ”a vurduğum 2 qol siyahıdakı yüksəlişimdə vacib rol oynadı. Dediyim kimi, qarşıda 4 oyun var. Nələrin olacağını zaman göstərəcək.

İndidən kiminsə şanslı olduğunu demək çətindir. Çünki istənilən matçda sürpriz yaşana bilər. Kim əlinə düşən şanslardan maksimum yararlanacaqsa, o, bombardir olacaq”.

Coy-Lens Mikels Premyer Liqada meydana çıxdığı 31 oyunda 17 qol vurub, 10 məhsuldar ötürmənin müəllifi olub.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti