“Bu barədə mətbuata danışmaq istəmirəm” – Millimizin üzvü nəyi gizlətdi?

29 Aprel 2023 21:20 Sabah 882
“Bu barədə mətbuata danışmaq istəmirəm” – Millimizin üzvü nəyi gizlətdi?

Yayda böyük ümidlərlə “Sabah”a cəlb olunan Anatoli Nuriyev son vaxtlar lazımınca forma şansı qazanmır.

Azərbaycan millisinin də şərəfini qoruyan yarımmüdafiəçi mövsümün ilk yarısında komandasının aparıcı üzvlərindən idi. Murad Musayevin etimadını qazanan hücumçu 18 oyunun 15-də əsas heyətdə yer almışdı.

Lakin qış fasiləsindən sonrakı statistik göstərici heç də uğurlu deyil. Anatoli “Sabah”ın keçirdiyi 13 qarşılaşmanın yalnız 3-də “11-lik” üzü görüb.

Ötən həftəsonu “Turan Tovuz”la səfər görüşündə start heyətində yer alan “9 nömrə” hər iki qolda yaxından iştirak etməklə bacarığını ottaya qoydu.

Anatoli Sportinfo.az-a açıqlamasında az oynamasına və üzləşdiyi durumda hansı hislər keçirməsinə aydınlıq gətirib:

“Komandada hər şey ürəyimcədir. Kimin az, kimin çox oynamasına baş məşqçi qərar verir. Bu barədə çox danışmaq istəmirəm.

Bu mövzuda Murad Musayevlə aramızda olan söhbət haqda mətbuata danışmaq istəmirəm. Yenə deyirəm, hər şey qaydasındadır”.

Anatoli Nuriyev cari Premyer Liqa mövsümündə meydana çıxdığı 28 oyunda 4 qol vurub, 5 məhsuldar ötürmənin müəllifi olub.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti