Finlandiyadan dəvət olunmuş forvardla son anlaşma necə baş tutub?

28 Aprel 2023 15:00 Sabah 1 299
Finlandiyadan dəvət olunmuş forvardla son anlaşma necə baş tutub?

Xəbər verildiyi kimi, "Sabah" legionerlərindən biri ilə yollarını ayırıb.

Qarşılıqlı razılıq əsasında Tiemoko Fofananın müqaviləsinə xitam verilib.

23 yaşlı hücumçu mövsümün əvvəlində zədəli olduğu üçün bu mövsüm sifariş ərizəsinə daxil edilməmişdi.

O, 2021-ci il yanvar ayında “İlves”dən (Finlandiya) icarə əsasında “Sabah”a keçmişdi. Sonradan isə Masazır klubu afrikalı forvardın transfer hüquqlarına sahib çıxmışdı.

Fil Dişi Sahilindən olan legioner cari mövsümü demək olar boşa verib. Əsas heyətə düşmək uğrunda rəqabətə tab gətirməyən Fofana “Sabah”ı ziyana salmayıb.

Belə ki, müqaviləsinin sonuna iki ay qalan əcnəbi futbolçu paytaxt klubundan öz istəyi ilə ayrılıb.

Ona görə də futbolçuya hər hansı təzminat ödəməyə ehtiyac qalmayıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti