«Mənə görə, bu komandanın aparıcı üzvü Aleksey İsayevdir və çox şey ondan asılıdır. Amma Aleksey Kaşuk başqa səviyyədir».
Bu fikirlər futbol eksperti Emin Abbasova məxsusdur.
O, vaxtilə çalışdığı «Sabah»ın ukraynalı legioneri haqda yüksək fikirlər səsləndirib. Abbasov Masazır klubunun Donetsk «Şaxtyor»undan icarəyə götürdüyü vingeri burada saxlamağa çalışdığını bildirib:
«Sosial şəbəkələrdə çox müzakirə olunur ki, «Sabah» mütləq şəkildə Kaşuku saxlamalıdır. Azarkeşlər burada məsələyə bir az anlayışla yanaşmalıdır.
Kadiylə bağlı prosesi yada salaq. Qınadılar ki, «Qarabağ» niyə onu saxlamadı?
Başa düşmək lazımdır ki, ortada müqavilə şərtlər var. İstənilən məbləğ ödəniləndən və futbolçunun özü də getmək istəyəndən sonra onun qarşısını kəsmək mümkün deyil.
Hə, o başqa məsələ ki, Kadini satandan sonra niyə həmin səviyyədə başqa bir futbolçunu gətirmədilər.
Kaşukla əlaqəli məsələ bir az başqadır. «Sabah» ötən il də çalışmışdı ki, Kaşukun transfer hüququna yiyələnsin.
Onda bu, mümkün olmadı. İndi də danışıqlar gedir ki, heç olmasa, yenidən icarəyə götürsünlər.
Bildiymə görə, Polşa və Macarıstan klubları Kaşuku istəyib, «Şaxtyor» satmayıb.
Onu 1 milyon avrodan baha qiymətə satmaq istəyirlər. «Şaxtyor» Avropadan gələcək sərfəli təklifləri gözləyir».
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

