“Sabah”da hamı bu iki nəfərdən XƏBƏR GÖZLƏYİR

28 Aprel 2023 02:40 Sabah 1 507
“Sabah”da hamı bu iki nəfərdən XƏBƏR GÖZLƏYİR

"Sabah"ının müdafiəçisi Abdulaye Ba Premyer Liqasının 32-ci turunun "Şamaxı" ilə görüşündə meydana çıxa bilər.

Sportinfo.az xəbər verir ki, zədə səbəbindən "Turan Tovuz"la (2:0) matçı buraxmalı olan seneqallının durumunun yaxşıya doğru getdiyi bildirilir.

Amma istənilən halda, Banın oynayıb-oynamayacağı dəqiqləşməyib.

Premyer Liqanın 29-cu turunun "Səbail"lə matçında (1:2) zədələnən ukraynalı müdafiəçi Zurab Oçiqavanın meydana çıxıb-çıxmayacağı da bəlli deyil.

"Sabah" - "Şamaxı" matçı aprelin 29-da "Bank Respublika Arena" stadionunda keçiriləcək və saat 18:30-da başlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 16:10 Çək və bizə göndər!
20 Oktyabr 12:50 "Sportinfo TV”də GÜNDƏM
20 Oktyabr 07:30 Premyer Liqanın “100”ü