Azərbaycanda işləyən məşqçi dünya şöhrətli hücumçudan hədiyyə alıb

27 Aprel 2023 09:00 Sabah 1 328
Azərbaycanda işləyən məşqçi dünya şöhrətli hücumçudan hədiyyə alıb

"Sabah"ın baş məşqçisi Murad Musayev sabiq komandası "Krasnodar”ın çıxışını izləyib-izləməməsi ilə bağlı sualı cavablandırıb və keçmiş yetişdirmələrindən hansı ilə münasibət saxladığını bildirib.

Sportinfo.az xəbvər verir ki, o bu barədə MK-ya geniş müsahibəsində danışıb.

"Vaxtım olanda "Krasnodar"ın oyunlarına baxıram. Çernikovun, Spertsyanın, Safonovun inkişafına sevinirəm.

Şapinin də karyerasını izləyirəm. Bu yaxınlarda görüşdük və birlikdə nahar etdik. İqnatyev, Qolubevlə əlaqə saxlayıram.

İsrail çempionatında çıxış edən Borodini izləyirəm. Amma mən təkcə uşaqlıqdan tanıdığım gəncləri izləmirəm.

Maraqlıdır, Vanderson, Kabella, Viktor Klasson necə oynayır? İsveç Azərbaycanla oynayanda o mənə İbrahimoviçin imzası olan formasını verdi.

Mən "Krasnodar"da işlədiyim bir çox oyunçu ilə əlaqə saxlayıram”, deyə Musayevin bildirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti