Azərbaycan klubu UEFA-nı razı sala biləcəkmi? - AÇIQLAMA

27 Aprel 2023 19:00 Sabah 916
Azərbaycan klubu UEFA-nı razı sala biləcəkmi? - AÇIQLAMA

Bu il ölkəmizi avrokuboklarda təmsil edəcək klublardan biri də "Sabah" olacaq.

Hələ həftələr əvvəl bu missiyanı yerinə yetirmiş "tələbələr" tarixində ilk dəfə ölkəmizi Avropa arenasında təmsil edəcək.

Premyer Liqanın başa çatmasına 5 tur qalır. Deməli, avrokubokların startına da o qədər çox zaman qalmır.

Amma hələ də Masazır təmsilçisinin ev oyunlarını harada keçirəcəyi dəqiqləşməyib.

Bir müddət əvvəl saytımıza açıqlama verən klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov istəklərinin rəqibləri "Bank Respublika Arena"da qəbul etmək olduqlarını bildirmişdi.

Sadəcə, UEFA-nın razılığını almaq üçün stadionda müəyyən nöqsanların aradan qaldırılması lazım idi.

Maraqlıdır həmin nöqsanlar aradan qaldırılıbmı? Ümumiyyətlə, "Sabah"ın ev oyunları ilə bağlı müəmma nə yerdədir?

Suallarımıza cavab olaraq saytımıza açıqamasında Həmidov bu fikirləri bildirib:

"Hazırda stadionda işlər davam edir. Stadionun avrokubok oyunlarına hazır olması üçün lazım olan işlər intensiv görülür. Ümid edirik ki, istəyimizə çatacağıq".

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti