Azərbaycanda Kadidən sonra ən baha qiymətə satılacaq futbolçu

23 Aprel 2023 19:50 Sabah 11 702
Azərbaycanda Kadidən sonra ən baha qiymətə satılacaq futbolçu

Çempionluq savaşı yenidən qızışmaqdadır.

«Qarabağ» son iki turda 1 xal əldə edib. «Sabah» isə bu həftələrdə maksimum xal ehtiyatı toplayıb.

Tovuz ən çətin səfərlərdən sayılmır. Hər halda Tovuz qonşu Gəncə kimi qonaq komandaların gözünə qorxulu gəlmir.

Statistikanın dili yoxdur, amma rəqəmlər yerindədir. Buradan görürük ki, «Turan» doğma rayonda keçirdiyi matçların mütləq əksəriyyətini uduzub.

«Sabah» rəqibinin ev sindromundan yararlandı. Və yenə də Sergey Kaşuk! Bu yay tarixində ilk dəfə avrokuboklara qatılacaq klubun rəhbərliyi gərək qollarını çırmalasın, «Şaxtyor»la dil tapsın.

Kaşuk «Sabah»ın hər şeyidir. Murad Musayev ikinci ilində ona uğur qazandıran ukraynalıya çox borcludur.

Kim gedir getsin, kim yola salınır salınsın, bircə Kaşuk saxlansın. Donetsklilər nə qədər pul istəyir, verib alsınlar.

Kaşuk «Sabah» üçün vacibliyini Tovuzda da isbata yetirdi. Böyük gələcək vəd edir.

«Şaxtyor» ona görə 1-2 milyon avro tələb eləsə, «Sabah» başbilənləri o pulu ödəməkdən çəkinməməlidir.

Bir-iki ilə çəkdikləri xərci çıxaracaq, ikiqat-üçqat qazanacaqlar. Kadi Borgesdən sonra bir Azərbaycan klubunun ən yüksək qiymətə sata biləcəyi legioner Kaşukdur.

ELNUR

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti