"Sabah" müntəzəm çempionatı birinci pillədə bitirdi

23 Aprel 2023 00:10 Sabah 563
"Sabah" müntəzəm çempionatı birinci pillədə bitirdi

"Sabah" Azərbaycan Basketbol Liqasında müntəzəm çempionatı qalib başa vurub.

Sportinfo.az xəbər verir ki, bu XXVII turda "Gəncə"nin NTD-ni məğlub etməsi (95:92) sayəsində gerçəkləşib.

Hazırda 47 xala malik paytaxt təmsilçisi sona bir tur qalmış rəqibləri üçün əlçatmaz olub.

"Gəncə" və NTD-nin hərəyə 46 xalı var. Bir oyun az keçirən "Xırdalan" kollektivi isə 43 xalla 4-cüdür.

Reqlamentə əsasən, pley-offda lider 4-cü yerin sahibi ilə üz-üzə gələcək. 2 və 3-cü sırada ola komandalar bir-birinə rəqib olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti