“Turan Tovuz”la qarşılaşma çətin olacaq“.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sabah“ın hücumçusu Kristian Da Silva deyib.
33 yaşlı braziliyalı Premyer Liqanın 31-ci turunda səfərdə üz-üzə gələcəkləri “Turan Tovuz”la oyun haqqımda fikirlərini dilə gətirib:
“Turan Tovuz” yaxşı komandadır. Oyundan müsbət nəticə ilə ayrılmaq üçün həftə ərzində yaxşı çalışmışıq.
Meydandan qələbə ilə ayrılmaq üçün əlimizdən gələni edəcəyik. Mövsümün sonuna yaxınlaşırıq və qazanacağımız hər qələbə çox əhəmiyyətlidir.
“Turan Tovuz”ın bizə ciddi müqavimət göstərəcəyini də bilirik. Onlar istənilən komandadan xal ala biləcəklərini göstəriblər.
Masazırda bizi 2:0 udduqlarını hələ unutmamışıq”.

