"Hər xətdə bir yeni futbolçu istəyirik”.
Bu sözlər “Sabah”ın baş məşqçisi Murad Musayevə aiddir.
Tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanan klubun rusiyalı çalışdırıcıdı transfer siyasəti haqda danışıb.
O, yay bazarlığı zamanı hər mövqeyə yeni oyunçu cəlb etmək istədiklərini bildirib:
“Komandaya həmişə yeni qan lazımdır. Artıq yeni futbolçular izləyirik.
Komandanı daha da güclü etməyə çalışırıq. "Qarabağ" nümunəsindən istifadə edə bilərik.
Onların iki heyəti var. Biz də belə etmək istəyirik".
SPORTİNFO.AZ

