"Sabah"ın baş məşqçisi Murad Musayev komandanın aparıcı üzvlərindən olan Aleksey Kaşukun gələcəyi haqda danışıb.
Sportinfo.az xəbər verir ki, rusiyalı mütəxəssis carə əsasında çıxış edən ukraynalı vingeri komandada saxlamağa çalışacaqlarını deyib:
"Bilirsiz ki, Aleksey "Şaxtyor"a məxsussdur. Onu komandada saxlamaq çətin məsələ olacaq.
Amma rəhbərlik "Şaxtyor"la daim əlaqə saxlayır. Hələ ki, konkret qərar qəbul olunmayıb.
Məsələni çətinləşdirən daha bir məsələ odur ki, Kaşuk yayda milli ilə Avropa çempionatına gecəcək.
Bu turnir də yayda olacaq. Ona görə də avrokuboklara hazır olmaya bilər".

