"Barselona"nın yetirməsi ölkəmizdən ayrıla bilər

20 Aprel 2023 16:00 Sabah 1 303
"Barselona"nın yetirməsi ölkəmizdən ayrıla bilər

"Sabah"ın yarımmüdafiəçisi Kristian Sebalyos yayda ölkəmizi tərk edə bilər.

Buna səbəb ispaniyalı futbolçunun baş məşqçi Murad Musayevin gələcək planlarına daxil olmamasıdır.

Onun tez-tez zədələr alması rusiyalı çalışdırıcını narahat edən əsas məqamdır.

30 yaşlı oyunçu arxada qalan müddətdə qırmızı vərəqəyə görə 2 turu buraxmalı olubsa, zədə səbəbindən 11 qarşılaşmanı kənardan izləmək məcburiyyətində qalıb.

18 oyunda cəmi 542 dəqiqə meydanda olan Sebalyos 3 qol, 3 asistə imzasın atıb.

Masazır təmsilçisinin onunla müqaviləsi 2024-cü ilin yayına kimidir. Müqavilənin ləğv edilməsi üçün "Barselona"nın yetirməsi ilə dil tapmaq mütləqdir.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti