“Qarabağ”ın məğlub olacağına inanan legioner: “Bu, baş məşqçimizin qərarı idi"

19 Aprel 2023 16:40 Sabah 780
“Qarabağ”ın məğlub olacağına inanan legioner: “Bu, baş məşqçimizin qərarı idi"

Hələ “Sabah” – “Qarabağ” matçı başlamamışdan əvvəl maraq doğuran məqam Boyal Letiçin əsas heyətdə yer almaması idi.

Buna qədər cari mövsümdə daim “11-lik”də görünən sol cinah müdafiəçisi ilk dəfə ehtiyatda qalmışdı.

Düzdür, “7 nömrə” sonradan meydana daxil olaraq komandasının qələbəsinə töhfə verdi. Lakin müdafiənin “solu”nda Boyanın yox, Tellur Mütəllimovun olması şübhə doğuran məqam idi.

Letiç Sportinfo.az-a açıqlamasında məlum vəziyyətə bu cür şərh verib:

“Bu, sadəcə, baş məşqçimizin qərarı idi. Mənim işim meydana start heyətində və ya sonradan çıxmağımdan asılı olmayaraq, məşqçilərin tapşırıqlarına tam əməl etmək, komandama əlimdən gələn köməyi etməkdir”.

Olduqca maraqlı keçən turun mərkəzi qarşılaşmasında “Sabah” tarixində ilk dəfə “Qarabağ”ı məğlub etməyi bacardı.

Maraqlıdır, oyundan əvvəl “tələbələr” son ölkə çempionu və kubokun qalibini udacağını təsəvvür edirdimi? Güclü rəqib üzərində qalibiyyət onlar üçün nə dərəcədə gözlənilməz olub?

Letiçdən eşidək:

“Qarabağ”ın gücü barədə xüsusi nəsə deməyə ehtiyac yoxdur. Bizi güclü rəqibə qarşı çox çətin oyunun gözlədiyini bilirdik.

Ümumiyyətlə, “Qarabağ”la oyunlarımız demək olar hər zaman baxımlılığı ilə seçilir. Məncə, bu dəfə də istisna olmadı.

Qələbəni gözləyirdikmi? Şəxsən mən inanırdım. Şadam ki, bu matçdan 3 xalla ayrılmağı bacardıq”.

Premyer Liqanın 30-cu turunda lider “Qarabağ”ı 2:1 hesabı ilə məğlub edən Masazır təmsilçisi ilk pillədəki rəqibi ilə xal fərqini 9-a endirib.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti