Azərbaycanda ən çox qol vuran avropalı - Son 12 mövsümdə

17 Aprel 2023 12:40 Sabah 748
Azərbaycanda ən çox qol vuran avropalı - Son 12 mövsümdə

“Sabah”ın legioneri Coy Lens Mikels son 12 mövsümdə Azərbaycan çempionatında ən çox qol vuran avropalı legioner olub.

Sportinfo.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, almaniyalı vinger Premyer Liqanın XXX turunda “Qarabağ”la (2:1) qarşılaşmada dubl edərək, buna nail olub.

30 yaşlı hücumameyilli oyunçu bununla cari mövsümdəki qol sayını 17-yə çatdırıb.

Mikels 2015/2016 mövsümündə “Qarabağ”ın heyətində 15 qola imza atan ispaniyalı Dani Kintananı geridə qoyub. 2011-ci ilin yayından bəri digər avropalı legionerlərdən heç biri bu qədər qol vurmayıb.

Daha çox qol vuran sonuncu avropalı legioner Georgi Adamiyadır. Gürcü futbolçu 2010/2011 mövsümündə 18 dəfə fərqlənib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti