Murad Musayev hələ də bunlara öyrəşməyib?

9 Aprel 2023 13:35 Sabah 1 165
Murad Musayev hələ də bunlara öyrəşməyib?

«Sabah» ötən həftə tarixi ilkə imza atdı, avrokuboklara vəsiqəni özüyçün təmin elədi.

«Qəbələ» ilə oyunun nəticəsinin meyxoşluğu Bayılda komandaya böyük problem yaratdı.

«Sabah» burada heç nə ilə yadda qalmadı. Xoş görüntü vermədi.

Əsasən də ilk hissədə. Aleksey Kaşuk və Coy-Lens Mikels tanınmaz halda bir oyun sərgilədi.

Təsadüfi deyil ki, Murad Musayev ukraynalı ilə almaniyalını sonadək meydanda saxlamadı, final fitindən xeyli əvvəl əvəzlədi.

Musayev başqa vaxt belə etməzdi. Rusiyalı, sadəcə, buna məcbur qaldı.

Kaşukla Mikelssiz «Sabah» qol-qanadı qırılmış quş kimidir, baş məşqçi həqiqəti bildiyi və qəbul etdiyi halda, belə bir addım atmasının səbəbini başqa nədəsə axtarmağa dəyməz.

Murad Musayev meydana arxayın çıxmış futbolçularıyla, yəqin ki, ciddi söhbət edəcək. Gümanım həm də onadır ki, rəhbərliyin özü də rusiyalı çalışdırıcının özüylə dəyirmi masa arxasına əyləşəcək.

Aldığı sarı və qırmızı vərəqələrə görə. Bir İnqilab Məmmədov qalmışdı, o da Murad Musayevi texniki zonada əyləşməkdən məhrum elədi.

Buna bir əncam çəkilməli, yolu tapılmalıdır.

Musayev nəyə qeyzlənir, niyə əsəbiləşir, qəribədir. Hakimlər birinci dəfə deyil ki, «Sabah»ın əleyhinə yanlış qərarlar çıxarır.

Normalda o, bu münasibətə çoxdan alışmalı və sakitləşməli idi.

ELXAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti