«Sabah»ın baş məşqçisi Murad Musayev icarədə olan futbolçulardan biri barədə qəti mövqeyini müəyyənləşdirib.
Rusiyalı çalışdırıcı hazırda «Şamaxı»nın formasını geyinən Kamran Quliyevin xidmətində maraqlıdır.
O, Premyer Liqada uğurlu mövsüm keçirən gənc hücumçunu geri qaytarmağa qərar verib.
Odur ki, Masazır təmsilçisi əyalət klubunun forvardı yenidən icarəyə götürməklə bağlı müraciətini geri çevirib.
SPORTİNFO.AZ

