Bilindiyi kimi, AFFA-nın İcraiyyə Komitəsi Premyer Liqa təmsilçilərinin əvəzedici heyətlərinin I Diviziondan ayrılmasına dair qərar çıxarıb.
Növbəti mövsümdən «dubllar»ın öz çempionatı keçiriləcək.
Burada 10 komanda mübarizə aparacaq. Builki yarışmada iştirak etməyən «Sabah» da onların sırasında yer alacaq.
Əksər gənclərini Premyer Liqa mənsublarına icarəyə verdiyi üçün AFFA-dan 1 illik möhlət almış Masazır təmsilçisi əvəzedici heyətini kimə tapşıracağını artıq müəyyənləşdirib.
Hazırda Gənclər Liqasında qüvvəsini sınayan U-19-u çalışdıran İqor Ponomaryov gələn sezon «dubl»a rəhbərlik edəcək.
Onun eyni zamanda klubun Müşahidə Şurasının üzvü olmasını və idman direktoru vəzifəsini yerinə yetirməsini də xatırladaq.
SPORTINFO/AZ

