Azərbaycan Premyer Liqasında XXVIII tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki, sonuncu matçda "Sabah" "Qəbələ"ni qəbul edib.
Qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə bitib. Görüşdə ilk qol 9-cu dəqiqədə vurulub.
Qonaqların oyunçusu İlkin Qırtımov avtoqol müəllifi olub. 21-ci dəqiqədə Ülvi İsgəndərov əyalət təmsilçisinin bərabərlik qoluna imza atıb.
Altı dəqiqə sonra Feras Abu Akal "qırmızı-qaralar"ı önə keçirib. 86-cı dəqiqədə Coy Lens Mikels tarazlığı bərpa edib.
90+5-ci dəqiqədə Aleksey Kaşuk qələbə qolunu vurub.
Xallarının sayını 65-ə çatdıran paytaxt klubu ikinci, 36 xalı olan "Qəbələ" 5-ci yerdədir.
Beləliklə, "Sabah" tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanıb. Masazır təmsilçisinin sona 8 tur qalmış ilk "3-lük"dən kənar qalmayacağı dəqiqləşib.

