“AFFA bu klubu uduzdurdu, yoxsa indi daha da inkişaf etmişdilər”

4 Aprel 2023 17:40 Sabah 1 502
“AFFA bu klubu uduzdurdu, yoxsa indi daha da inkişaf etmişdilər”

Premyer Liqanın 28-ci turunda "Qəbələ"ni məğlub edən (3:2) "Sabah" mövsümün sonuna 8 tur qalmış avrokuboklara vəsiqəni təmin etdi.

Bu, klub tarixində ilk belə uğurdur. Masazır təmsilçisi ilk dəfə Avropada ölkəmizi təmsil edəcək.

Ancaq siftə olmasına baxmayaraq, göstərdiyi oyuna görə bu kluba inam böyükdür.

Tərəfli-tərəfsiz əksəriyyət inanır ki, Murad Musayevin yetirmələri ölkəmizi Avropa arenasında da uğurla təmsil edəcək.

Bunu klubun sosial şəbəkə hesabına izləyicilərdən gələn rəylərdən asanlıqda sezmək olar.

Düzdü, mövqelərə üzrə bəzi transferlərin vacibliyini qeyd edən izləyicilər də olub.

Lakin ümumilikdə çoxluq bu kluba Avropada da inanadığını dilə gətirib:

"Azərbaycanı Avropada hansı klubun təmsil etməsi mənə görə fərq etmir. Sadəcə, ötən mövsüm "Neftçi"nin zəif çıxışı əsəblərimə işlədi. Ümid edirəm ki, "Sabah" bu il gözoxşayan nəticələrlə üzümüzü güldürər".

"Çox gözəl. Əhsən, "Sabah"! Əhsən, Murad bəy. "Sabah" avrokuboklarda ən azı Konfrans Liqasında qrup ikincisi olmağa layiqdir".

"İnşallah, Azərbaycanı layiqincə təmsil edərsiniz. Püşkatmada münasib rəqiblər düşsə, Konfrans Liqasının qrupun fikirləşmək olar".

"Ötən il bunu etməliydiz. AFFA bu klubu uduzdurdu. Yoxsa bu il daha da inkişaf etmişdilər. Şəxsən Avropada bütün oyunların izləyəcəm. İnanıram ki, ən azı Konfrans Liqasının qrupuna yüksələcək".

"Təbrik edirəm. Artıq iki cəbhədə mübarizə olacaq. Əsas məsələ heyəti qorumaqdır. Xüsusi ilə Kaşuku".

"Təbriklər. İnanıram ki, "Sabah" ölkəmizi layiqincə təmsil edəcək. Uğurlar".

"Bu heyətlə "Sabah" qrupda oynayacaq. Uğurlar".

"Həqiqətən, maraqlı klubdur. Uğurlar".

"İnanıram ki, "Sabah" Avropada nəsə edəcək".

"Qarabağ"dan sonra Azərbaycanı sizin layiqincə təmsil edəcəyinizə inanıram".

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti